02.JPG
26 fevral 2007

Strasburqda Xocalı faciəsini əks etdirən fotosərgi təşkil edilib

Heydər Əliyev Fondu zəngin mədəniyyətimiz, incəsənətimiz və musiqimizlə yanaşı, xalqımızın başına gətirilmiş müsibətlər, Qarabağ həqiqətləri, Xocalı soyqırımı, eləcə də ermənilərin digər vəhşilikləri barədə dünya ictimaiyyətinə geniş və düzgün məlumatların çatdırılması istiqamətində də mühüm işlər görür. Fond tərəfindən Azərbaycan, ingilis, rus və fransız dillərində kitablar, onların DVD və CD variantları hazırlanaraq dünya ictimaiyyətinə çatdırılır. Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin, "Azərbaycan Evi"nin, Fransada təhsil alan Azərbaycanlı Tələbələr Assosiasiyasının təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Strasburqdakı Alfred Vays tələbə yataqxanasında Xocalı faciəsinin 15-ci ildönümünə həsr olunmuş fotosərgi deyilənlərə misaldır.


Fotosərginin açılışında Azərbaycanın Dövlət himni səslənmiş, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 

İştirakçılara Heydər Əliyev Fondunun hazırladığı kitablar, fotoşəkillər, CD və DVD-lər paylanmışdır. Sərgidə ermənilərin "Böyük Ermənistan" imperiyası yaratmaq xülyasını, işğalşılıq siyasətini, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ona bitişik 7 rayonunun işğalı ilə bağlı doğma yurd-yuvalarından qovulmuş həmvətənlərimizin üzləşdiyi fəlakətləri, Xocalı soyqırımını əks etdirən 3 hissəli film nümayiş etidirlmişdir.

 

Nümayəndəliyin rəhbəri Arif Məmmədov çıxışında Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində dövlətimizin dünyada mövqelərinin möhkəmləndiyini vurğulamış, Azərbaycan həqiqətlərinin, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında, mədəniyyətimizin təbliğində Heydər Əliyev Fundunun rolundan danışmışdır.

 

Sonda Strasburqda fəaliyyət göstərən "Bakı gecələri" restoranı və Fransada təhsil alan Azərbaycanlı Tələbələr Assosiasiyası şəhidlərin xatirəsinə ehsan vermişlər.


FOTO