01_bursa-xocali.jpg
7 mart 2013

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursada Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə bağlı konfrans təşkil edib

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursadakı Uludağ Universitetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı konfrans təşkil edib.


“Azərbaycan torpaqlarının işğalı və ermənilərin Qarabağda törətdikləri vəhşiliklər” adlı konfransda çıxış edən Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin rəhbəri Samir Cəfərov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, ermənilərin törətdikləri qətliamlar, Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. O, Qarabağ müharibəsi zamanı Azərbaycanda hökm sürən xaos və vətəndaş qarşıdurmasına son qoyan ümummilli lider Heydər Əliyevin atəşkəsə nail olduğunu, qısa müddətdə Azərbaycanın regionun ən güclü dövlətlərindən birinə çevrildiyini bildirib.


Konfransda çıxış edən professor Göksel İşyar, dosent Barış Özdal da Ermənistanın işğalçı siyasətindən, Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından, bölgədə oynadığı destruktiv roldan danışıblar. Onlar Xocalı soyqırımının Türkiyənin də faciəsi olduğunu vurğulayıb, iki qardaş xalqın ümumi düşmənə qarşı səyləri birləşdirməli olduğunu söyləyiblər.


Konfrans iştirakçıları Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımından bəhs edən sənədli filmə tamaşa ediblər.


FOTO