14102776053178348423_600x400.jpg
9 sentyabr 2014

İsrailin Yokneam şəhərində “Azərbaycan - tolerantlıq məkanı” adlı fotosərgi açılıb

Sentyabrın 9-da İsrailin şimalında, Hayfadan cənub-şərqdə yerləşən Yokneam şəhərində “Azərbaycan - tolerantlıq məkanı” adlı səyyar fotosərgi açılıb. Sərgi Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə “Azİz” Assosiasiyası tərəfindən təşkil olunub.

 

Bir neçə aydır İsrailin müxtəlif şəhərlərində təşkil olunan sərginin açılışına Yokneam şəhərinin rəhbərliyi, şəhər sovetinin deputatları, bələdiyyə işçiləri qatılıblar. Sərgiyə qatılanlara “Azİz” Assosiasiyasının layihələrindən biri çərçivəsində Azərbaycana səfər etmiş İsrail televiziyası İkinci kanalının jurnalistlərinin çəkdikləri sənədli film nümayiş etdirilib.

 

Yokneam şəhərinin meri Simon Alpasini, müavini Roman Peres tədbirdə çıxış ediblər.

 

Sonda incəsənət ustalarının konserti olub.


FOTO