1.jpg
18 fevral 2022

“Dubay Ekspo 2020”dəki Azərbaycan pavilyonunda “Dostluq” xalçası təqdim edilib

Fevralın 18-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində keçirilən “Ekspo 2020” dünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər Əliyev Fondu və “Azərxalça” ASC tərəfindən təşkil olunan tədbirdə “Dostluq” xalçasının təqdimatı olub.

 

Ənənəvi Azərbaycan xalçaları və yeni müasir dizayn əsasında hazırlanan “Dostluq” xalçası “Azərxalça”nın yaradıcı komandası ilə Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərovun birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Xalçanın yaradılması üzrə işlər, o cümlədən dizaynın işlənməsi, çeşninin hazırlanması, xalçanın özünün toxunması və emalı 7 ay çəkib.

 

Xalçada Azərbaycanın və Dubay Əmirliyinin məşhur tarixi və müasir abidələri, flora və fauna elementləri əksini tapıb.


FOTO

Paylaş: