2.1.jpg
22 fevral 2022

Yeni Tretyakov Qalereyasında Xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət sərgi açılıb

Fevralın 22-də Moskvadakı Yeni Tretyakov Qalereyasında Xalq rəssamı Tahir Salahovun “Tretyakov qalereyasının kolleksiyasından olan əsərlər” adlı sərgisi açılıb.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Moskvada Azərbaycan günləri” çərçivəsində təşkil olunan ekspozisiyada görkəmli rəssamın əsərləri sərgilənir. Ziyarətçilərə Tahir Salahovun natürmort, peyzaj, portret janrlarında əsərləri təqdim olunur. Ekspozisiya rəssamın məşhur “Qladioluslar”, “Qara Qarayevin portreti” və “Aydan” əsərləri ilə başlanır.

 

Tretyakov Qalereyasındakı Tahir Salahov Fondunun əməkdaşı Elmira Jdanova deyib ki, Tretyakov Qalereyası bu sərgi ilə Tahir Salahovun xatirəsini bir daha yad edir. “Ekspozisiyada müxtəlif dövrləri əhatə edən əsərlər sərgilənir. Eyni zamanda, rəssamın qalereyaya 2019-cu ildə daxil olmuş sonuncu əsərlərindən biri - “Səhər ovu” əsəri ziyarətçilərə təqdim olunur. Burada Tahir Salahovun doğma şəhəri Bakıya həsr olunmuş rəsmlərinə də rast gəlinir. Tahir Salahov Azərbaycana və Rusiyaya sevgini özündə birləşdirən təkrarsız incəsənət xadimidir. Onun yaradıcılığında iki xalqın ənənələri öz əksini tapır”, - deyə E. Jdanova qeyd edib.


FOTO

Paylaş: