ESKISHEHIR-HAF-RESPUBLIKA GUNU.JPG
30 may 2011

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin dəstəyi ilə Əskişəhirdə Respublika Günü qeyd olunub

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin dəstəyi ilə Əskişəhirdə 28 May-Respublika Günü geniş qeyd olunmuşdur.

 

Əskişəhir Azərbaycanlıları Dərnəyi bayram tədbirləri çərçivəsində “Qardaş Azərbaycanı tanıyaq” adlı fotosərgi təşkil etmişdir. Burada Azərbaycan Demokratik Respublikası və ikinci dəfə müstəqilliyinə qovuşmuş müasir Azərbaycanın uğurları ilə bağlı fotoşəkillər nümayiş etdirilmişdir.

 

Sonra, Əskişəhir Müəllimlər Evində 28 May-Respublika Günü münasibətilə mərasim keçirilmişdir.

 

Əskişəhir Azərbaycanlıları Dərnəyinin üzvləri, bu şəhərdə fəaliyyət göstərən azərbaycanlı müəllimlərin və tələbələrin iştirakı ilə keçirilmiş mərasimdə çıxış edən dərnəyin rəhbəri Cavid Aydın milli bayramımız münasibətilə həmvətənlərimizi bir araya toplayan Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinə təşəkkürünü bildirmiş, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Cümhuriyyətinin tarixindən və ulu öndər Heydər Əliyevin memarı və banisi olduğu müasir Azərbaycan dövlətinin uğurlarından bəhs etmişdir. O vurğulamışdır ki, Türkiyədəki gənclərimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin siyasətini dəstəkləyir, ölkəmizin tərəqqisi naminə dövlətimizin başçısına uğurlar diləyirlər.

 

Mərasimdən sonra Azərbaycan mahnıları və milli rəqslərimiz ifa olunmuş, ziyafət təşkil edilmişdir.



FOTO