Tbilisidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin qəbirüstü abidələrinin bərpası

  • Layihə
  • Foto


2006-cı ildə Heydər Əliyev Fondu Gürcüstanın Tbilisi şəhərində yerləşən panteonda dəfn edilmiş Azərbaycanın görkəmli şəxsiyyətlərinin – şair Mirzə Şəfi Vazehin (1794-1852), yazıçı, dramaturq,  filosof  Mirzə  Fətəli Axundzadənin (1812-1878), ictimai-siyasi xadim Həsən bəy Ağayevin (1875-1920), dövlət  xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Fətəli xan Xoyskinin (1875-1920) qəbirüstü abidələrinin yenidən qurulması və xiyabanın yaradılması işlərini həyata keçirib. 



10.JPG