2015-ci il aprelin 14-də Belçikanın paytaxtı Brüsseldə Heydər Əliyev Fondunun və Azərbaycanın Belçika Krallığındakı səfirliyinin birgə təşkilatçılığı ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.
Brüsselin “Egmont” sarayında təşkil olunan tədbirə Belçikanın ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, mədəniyyət xadimləri, bu ölkədə akkreditasiya olunmuş səfirliklərin nümayəndələrivə digər nüfuzlu qonaqlar qatılıblar.
Tədbirdə “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş videotəqdimat olub. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunmuş bukletlər təqdim olunub.
Mərasim konsert proqramı ilə davam edib.