2015-ci il mayın 6-da UNESCO-da Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın Qarabağ atüstü oyunu – çövkənə həsr olunmuş sərginin açılışı olub.
Azərbaycanın Qarabağ atüstü oyunu – çövkən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Sərginin açılış mərasimində məşhur fransız yazıçı və ekspert Jan-Lui Quronun müəllifi olduğu “Qarabağ atı” kitabının təqdimatı da keçirilib.
Mərasimə UNESCO-nun baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Alfredo Perez, UNESCO-da akkreditə olunmuş daimi nümayəndələr, katibliyin təmsilçiləri, Fransa ictimaiyyətinin nümayəndələri və jurnalistlər qatılıblar.