2015-ci il sentyabrın 8-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Parisin ürəyində Azərbaycan musiqisi” adlı klassik musiqi gecəsi keçirilib.
Xalq artisti, pianoçu Murad Hüseynovun, eləcə də gənc skripkaçılar Ceyla Seyidova, Anar Seyidov və digərlərinin iştirakı ilə keçirilən konsertdə Azərbaycan və dünya klassik musiqisinin nümunələri səsləndirilib.
Konsertin sonunda dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə tolerantlıq mühitini əks etdirən fotolarından ibarət maraqlı kompozisiya nümayiş etdirilib. 3D formatında hazırlanan illüstrasiya konsert salonunun tavanında rəngarəng görüntülər yaradıb.