Həştərxanda Azərbaycan Biznes Mərkəzi

  • Layihə
  • Foto

Rusiya Federasiyasının Həştərxan şəhərində yerləşən Azərbaycan Biznes Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib.

 

Mərkəzin təməli 2016-cı ildə qoyulub. Tikinti işləri 2018-ci ilin may ayında başa çatdırılıb. 2018-ci il mayın 31-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərkəzin açılış mərasimində iştirak edib.

 

Həştərxanın Bakı küçəsində, Heydər Əliyevin adını daşıyan məktəblə üzbəüz inşa edilmiş beşmərtəbəli mərkəzin sahəsi 5 min kvadratmetrdir. Mərkəzdə sərgi və konfrans zalları, ofis otaqları, ticarət obyektləri, mini otel, fitnes zalı və restoranlar yerləşir. Yaradılan şərait işgüzar görüşlərin və müzakirələrin aparılmasına imkan verəcək. Həştərxanda istifadəyə verilən Azərbaycan Biznes Mərkəzində Rusiya bazarına çıxarılacaq Azərbaycan məhsullarının təşviqi planlaşdırılır. Bu məsələdə maraqlı olan Rusiya şirkətlərinin ölkəmizdə konkret təchizatçılarla uzunmüddətli müqavilələr imzalamaq imkanı olacaq. Mərkəzin yaradılması hər iki ölkənin təsərrüfat subyektləri arasında ticari-iqtisadi əlaqələrin səmərəli inkişafına kömək edəcək.


10.JPG
13.JPG
14.JPG
16.JPG
17.JPG
18.JPG
21.JPG