Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi - Varşava

  • Layihə
  • Foto

Sentyabrın 12-də Polşanın paytaxtı Varşava şəhərində Heydər Əliyev Fondunun və Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbir iştirakçılarına Mazovetski voyevodluğunun binası önündə Azərbaycana həsr olunmuş “İstiqamət – Azərbaycan” adlı sərgi təqdim olunub.

 

Sərginin əsas məqsədi Azərbaycanın turizm imkanlarını Polşada tanıtmaq, polyak ictimaiyyətində ölkəmiz haqqında məlumatlılığı artırmaqdan ibarətdir.

 

Sentyabrın 12-də Varşavada Kral sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib.

 

Tədbirin bədii hissəsində tanınmış pianoçu Elçin Şirinovun rəhbərlik etdiyi caz qrupu konsert proqramı ilə çıxış edib. Konsertdə xalq və bəstəkar mahnıları, Elçin Şirinov və Şəhriyar İmanovun bəstələdiyi əsərlər caz improvizasiyaları ilə təqdim olunub.

 

Kral sarayının foyesində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən foto və sənədlər, video və audiomateriallar, səfirliyin tərtib etdiyi broşürlər təqdim olunub, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunan sənədli film nümayiş etdirilib.


Paylaş:

1.JPG
2.JPG
3.JPG
4.JPG
5.JPG
6.JPG
7.JPG
8.JPG
9.JPG
10.JPG
11.JPG
12.JPG
13.JPG
14.JPG
15.JPG