Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi - Vatikan

  • Layihə
  • Foto

2018-ci il sentyabrın 27-də Heydər Əliyev Fondunun və ölkəmizin Fransa və Müqəddəs Taxt-Tacdakı səfirliyinin təşkilatçılığı ilə Vatikanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd olunub.

 

Tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr edilmişfoto və video materiallardan ibarət sərgi təqdim olunub. Birinci respublikanın təsisçilərinin görüşlərini, Müstəqillik Bəyannaməsini, iqtisadiyyatımızın şah damarı - neft sənayesinin inkişafını əks etdirən sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

 

Müqəddəs Taxt-Tacın “Cancelleria” Sarayında təşkil olunmuş ziyafətdə Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın rəhbərliyi ilə Azərbaycan incəsənət ustalarının ifasında milli musiqi proqramı təqdim olunub.

 

Tədbir çərçivəsində ziyafət və sərgi salonlarında böyük ekranda ölkəmizin mədəniyyətindən, təbiətindən, iqtisadi uğurlarından, ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən bəhs edən sənədli film nümayiş olunub.


1.JPG
2.JPG
6.JPG
7.JPG
8.JPG
9.JPG
10.JPG
11.JPG
12.JPG
14.JPG