2018-ci il noyabrın 6-da Almaniya paytaxtındakı Şarlottenburq sarayında Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının AFR-dəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaradılmasının 100-cü ildönümünə həsr edilmiş “Şərqdə ilk dünyəvi parlament respublikası: dəyərlər və irs” mövzusunda elmi konfrans keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında sənədli film nümayiş olunub.
Konfransda panel iştirakçıları qonaqların suallarını cavablandırıblar.
Noyabrın 7-də Berlində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sərgi təqdim olunub.
Daha sonra rəsmi qəbul keçirilib.
Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan sənədli film nümayiş etdirilib, tanınmış musiqiçilər Elçin Şirinovun və Şəhriyar İmanovun ifasında musiqi proqramı təqdim olunub.