Birləşmiş Millətlər Təşkilatının Cenevrə bölməsində yerləşən “Azərbaycan otağı” 2007-ci ildə yaradılıb.
Otağın müasir texnoloji standartlara cavab verməsini təmin etmək üçün Heydər Əliyev Fondu xarici dizaynerlərlə birgə yeni layihə işləyib və 2022-ci ildə otaqda təmir-bərpa işləri aparılıb. Burada müxtəlif konfrans və görüşlərin keçirilməsi üçün müvafiq şərait yaradılıb, həmçinin otaq müasir proqramlaşdırma və yüksək texnoloji avadanlıqlarla təmin olunub.
“Azərbaycan otağı”nın tərtibatında milli elementlərə, eləcə də Qarabağ xalçası, şəbəkə eksponatı, muğam üçlüyü-tar, kamança və qavala, Azərbaycan təbiəti və memarlığını əks etdirən fotolara yer verilib.