Pirşağı qəsəbəsində 112 nömrəli tam orta məktəb

  • Layihə
  • Foto


Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəb Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yenidən qurulub.

 

1934-cü ildən fəaliyyət göstərən məktəb yararsız vəziyyətə düşdüyündən 2011-ci ilin dekabrında sökülərək yerində yeni bina inşa olunmağa başlamışdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2013-cü il martın 14-də məktəbin yeni binasının açılışında iştirak edib.

 

Yeni inşa edilmiş məktəbin ümumi ərazisi 4205 m2, məktəbin binasının ümumi sahəsi 3892 m²-dir. 2005-ci ildə Heydər Əliyev Fondu bu təhsil müəssisəsi üçün 240 şagird yerlik əlavə korpus tikmişdir. Yeni inşa olunmuş bina ilə birlikdə məktəb 660 şagird yerlikdir.

 

Üç mərtəbədən ibarət olan məktəbdə ibtidai sinif otaqları, fizika, kimya, biologiya kabinetləri və laboratoriyaları, laborant otaqları, hərbi hazırlıq və silah otağı, rəsm və rəsmxət otağı, kompyuter zalı, kitabxana, oxu zalı, psixoloq otağı, bufet, təsərüffat əhəmiyyətli otaqlar vardır. Bütün otaqlar dərs ləvazimatları, əyani vəsaitlər və avadanlıqla təchiz olunub. Məktəbin kitabxanasında 200 adda bədii ədəbiyyat və 13 min dərslik toplanılıb.

 

Məktəb binasının içməli su və yanğına qarşı su ilə daima təmin olunması üçün iki ədəd 100 m³-lik su anbarı və nasosxana inşa edilib.

 

Məktəbin həyətində və ətraf ərazidə abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. 



01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg
07.jpg
08.jpg
010.jpg
011.jpg
012.jpg
013.jpg
014.jpg
015.jpg
016.jpg
017.jpg
018.jpg