Ağsu rayonunda Bico kənd tam orta məktəbi

  • Layihə
  • Foto

Ağsu rayonu Bico kənd tam orta məktəbi Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunub. 2018-ci il sentyabrın 17-də tədris ocağının açılışı olub.

 

2500 kvadratmetrdən çox sahəsi olan bina ikimərtəbəli, 220 şagird yerlikdir. Binada bütün zəruri inventar və avadanlıqlarla təchiz edilən 11 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, informatika kabineti, tibb otağı, emalatxana, hərbi hazırlıq otağı, akt zalı və yeməkxana var. Açıq havada 1000 kvadratmetr sahəsi olan idman meydançası qurulub.

 

Tədris ocağı daimi su, istilik sistemi, eləcə də yanğın xəbərverici və videomüşahidə sistemləri ilə təmin edilib. Ərazidə yaşıllıq zonası salınıb, 200-dən çox yeni ağac əkilib.

 

Şagirdlərin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur. Tədris Azərbaycan dilində aparılır.


11.JPG
12.JPG
13.JPG
14.JPG
15.JPG
16.JPG