Şamaxı rayonu şəhid Aslan Şirinov adına Meysəri kənd tam orta məktəbinin yeni binası Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunub. 2018-ci il avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbin açılışında iştirak ediblər.
Meysəri kənd tam orta məktəbinin binası ötən əsrin 50-ci illərində inşa edilib. Yeni binanın inşasına 2016-cı ildə başlanılıb.
Məktəbdə müxtəlif fənn kabinetləri, o cümlədən hərbi, kimya, fizika, biologiya, informatika kabinetləri, xarici dil otaqları, kitabxana və idman zalı var.
Təhsil müəssisəsi 132 şagird yerlikdir.