Lerik rayonunda M.Qafarov adına Siyov kənd tam orta məktəbi

  • Layihə
  • Foto


Lerik rayonunda yerləşən M.Qafarov adına Siyov kənd tam orta məktəbi üçün Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa edilib.

 

Yeni məktəb binasının inşasına 2019-cu ilin sonlarında başlanıb və tikinti işləri 2020-ci ilin iyul ayında yekunlaşıb.

 

İkimərtəbəli bina iki korpusdan ibarətdir. Təhsil müəssisəsi 132 şagird yerlikdir. Burada 11 sinif otağı, fizika, kimya laboratoriyaları, informatika, hərbi təlim, tibb və əmək təlimi otaqları, yeməkxana, akt və idman zalları və açıq idman meydançası da var. Məktəb zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.


01.JPG
03.JPG
05.JPG
06.JPG
07.JPG
11.JPG
12.JPG