Neftçala rayonunda Bankə qəsəbə 2 saylı tam orta məktəbi

  • Layihə
  • Foto


Neftçala rayonunda yerləşən Bankə qəsəbə 2 saylı tam orta məktəbi Heydər Əliyev Fondu tərəfindən inşa olunub.

 

Məktəbin binası 1960-cı ildə inşa olunub. Ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşdüyünə görə bu təhsil ocağı üçün 420 şagird yerlik yeni bina tikilib.


Beş korpusdan ibarət üçmərtəbəli məktəb binası zəruri mebel və avadanlıqlar, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

 

Məktəb binasında 18 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var.

 

Məktəbin həyətyanı sahəsi abadlaşdırılıb, yaşıllaşdırma işləri aparılıb.


03.JPG
04.JPG
05.JPG
06.JPG
07.JPG
08.JPG