Binə qəsəbəsi 117 saylı tam orta məktəb

  • Layihə
  • Foto


Xəzər rayonu Binə qəsəbəsi S. Abbasov adına 117 saylı tam orta məktəb Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yenidən tikilib. Yeni məktəbin tikintisinə 2010-cu ilin dekabrında başlanılıb və 2011-ci il oktyabrında məktəbin tikintisi başa çatıb. 2011-ci il oktyabrın 19-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbin yeni binasının açılışında iştirak edib.


Məktəbin ümumi ərazisi 3 hektardır. Üç mərtəbədən ibarət olan məktəbdə 81 sinif, 4 kompyuter otağı, akt və idman zalları, laboratoriyalar, kitabxana, həkim kabineti, əmək emalatxanaları vardır. Otaqlarda müasir istilik sistemi quraşdırılıb. Məktəbin həyətində süni örtüklü yeni idman meydançası salınıb.


Məktəb 2040 şagird yerlikdir. Təhsil müəssisəsində 140 müəllim çalışır. 



01.jpg
02.jpg
03.jpg
04.JPG
05.JPG
06.JPG
07.JPG