Cəlilabad rayonunun Sərhədabad kəndində yerləşən məktəbin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa edilib.
3 mərtəbəli təhsil ocağı 4 korpusdan ibarətdir, 360 şagird yerlikdir. Təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib, məktəbin həyətyanı ərazisi abadlaşdırılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.