Salyan rayonunun Şorsulu kəndində Namiq İbrahimov adına tam orta məktəbin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa edilib.
Məktəb 300 şagird yerlikdir. İkimərtəbəli bina üç korpusdan ibarətdir. Təhsil müəssisəsində 13 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt, idman zalları və açıq idman meydançası var.
Təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar, əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.