Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yerləşən A.Hüseynov adına tam orta məktəbin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa edilib.
Üç mərtəbəli təhsil müəssisəsi 3 korpusdan ibarətdir, 360 şagird yerlikdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.