Ağstafa rayonu Zəlimxan kənd A.Asimoğlu adına tam orta məktəbin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa edilib.
Məktəb binasının birinci korpusu 1930-cü ildə, ikinci korpusu isə 1988-ci ildə inşa olunub. Ötən müddət ərzində bina köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən 220 şagird yerlik yeni bina inşa edilib.
3 mərtəbəli binada 12 sinif otağı, fizika və kimya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var. Təhsil müəssisəsi zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
Məktəbin həyətyanı ərazisində də abadlıq və yaşıllaşdırma işləri aparılıb.