Samuxda Mirzə Fətəli Axundov adına tam orta məktəb

  • Layihə
  • Foto


Samux rayonunun Alıuşağı kəndində yerləşən Mirzə Fətəli Axundov adına tam orta məktəbin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub.

 

1953-cü ildə inşa olunan təhsil ocağı ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. 2024-cü ildə üçmərtəbəli, 4 korpusdan ibarət yeni məktəb binasının inşasına başlanılıb. Burada sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, STEAM mərkəzi, hərbi təlim, tibb, əmək təlimi otaqları, eləcə də məktəbəqədər sinif otağı, kitabxana, yeməkxana, akt və idman zalları qurulub, məktəbin ərazisində açıq idman meydançası yaradılıb. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılaraq ağac və kol bitkiləri əkilib.


5.JPG
6.JPG
7.JPG
8.JPG
9.JPG
10.jpg
11.jpg
12.JPG
13.JPG
14.jpg
15.JPG
16.JPG
17.JPG
19.jpg