Xətai rayonu 3 nömrəli uşaq evinin yay istirahət düşərgəsi

  • Layihə
  • Foto

Xətai rayonunun 3 nömrəli uşaq evinin Buzovna qəsəbəsindəki yay istirahət düşərgəsində yenidənqurma işləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə aparılıb. Yenidənqurma işlərinə 2010-cu ilin fevral ayında başlanılıb və işlər 2012 - ci ilin may ayında yekunlaşıb.

 

Düşərgənin ümumi sahəsi 5600 m2 , 120 yerlik dördmərtəbəli binanın sahəsi isə 3400 m2 -dir. Binanın oğlanlar üçün nəzərdə tutulan ikinci mərtəbəsində hər biri 15 nəfərlik dörd yataq otağı vardır. Buradakı 200 nəfərlik iclas zalında müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi avadanlıq quraşdırılıb. Binanın üçüncü mərtəbəsi isə qızlar üçün nəzərdə tutulub.

 

Binanın dördüncü mərtəbəsi uşaqların əylənməsi və tədbirlərin təşkil edilməsi üçün nəzərdə tutulub.

 

Düşərgədə uşaqların informasiya-kommunikasiya texnologiyalarının sirlərinə yiyələnməsi üçün kompyuter otağı, müxtəlif sahələrə aid ədəbiyyat toplanmış kitabxana vardır. İdmanla məşğul olmaq üçün hər cür şərait yaradılıb, futbol meydançası və hovuz tikilib, əyləncə guşələri yaradılıb.

 

Düşərgədə təhlükəsizlik kameraları və siqnal sistemi quraşdırılıb, müasir işıqlandırma sistemi qurulub. Bina müasir tələblərə cavab verən Cənubi Koreya istehsalı olan Siqma lifti ilə təchiz olunub.


01.JPG
02.JPG
3.JPG
4.JPG
5.JPG
6.JPG
7.JPG
8.JPG
9.JPG
10.JPG
11.JPG
12.JPG
13.JPG
14.JPG
15.JPG
16.JPG
17.JPG
018.JPG
019.JPG
20.JPG
21.JPG
22.JPG
23.JPG
24.JPG
25.JPG
26.JPG
27.JPG