Şüvəlan qəsəbəsində beyin iflici və polimielit keçirmiş uşaqlar üçün 16 saylı xüsusi internat məktəbi

  • Layihə
  • Foto


Şüvəlan qəsəbəsində beyin iflici və polimielit keçirmiş uşaqlar üçün 16 saylı xüsusi internat məktəbi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində əsaslı təmir edilib. Məktəbdə yenidənqurma işləri 2010-cu ilin martında başlayıb və 2011-ci ilin fevralında başa çatıb. 2011-ci il fevralın 24-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva internat məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib və məktəbə avtobus hədiyyə edib.


180 yerlik məktəbdə 24 fənn kabineti, kompyuter otağı, kitabxana, akt zalı, fizioterapiya, tibbi müayinə, loqoped otaqları, idman zalı, yeməkxana və yataqxana vardır. Məktəb hər cür dərs vəsaiti ilə təchiz olunub, kitabxana yeni ədəbiyyatla zənginləşdirilib.


Məktəbin həyəti abadlaşdırılıb, yeni qazanxana, açıq havada yay idman oyunları və futbol meydançaları salınıb, üzgüçülük hovuzu, su anbarı inşa olunub.



1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
8.jpg
9.jpg
10.jpg
11.jpg
12.jpg
13.jpg
14.jpg