Saray qəsəbəsində 7 nömrəli uşaq internat evi

  • Layihə
  • Foto


Abşeron rayonunun Saray qəsəbəsində 7 nömrəli uşaq internat evi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində yenidən qurulub. 2010-cu il dekabrın 24-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva internat evi ilə tanış olub.


Ümumi ərazisi 2 hektar olan internat evi kompleksinə 2 mərtəbəli inzibati bina, 4 mərtəbəli yataq korpusu, idman korpusu, yeməkxana, mətbəx, camaşırxana və digər tikililər daxildir. Təmirdən sonra internat evi müasir inventar və avadanlıqla təmin olunmuş, uşaqların normal yaşaması üçün hər cür şərait yaradılmışdır.


Burada 4 yaşdan 18 yaşadək xüsusi qayğıya ehtiyacı olan uşaqlar yaşayırlar. Uşaqlar yaşına, cinsinə və xəstəlik dərəcələrinə görə ayrı-ayrı qruplarda yerləşdirilmişdir. Hər bir qrupun ayrıca yataq və oyun otaqları vardır.


Binada valideynlərlə görüş otaqları, 30 nəfərlik müşavirə zalı, musiqi zalı, fizioterapiya otağı vardır.


İnternat evinin həyətində yaşıllaşdırma işləri aparılmış, fəvvarə və attraksionlar quraşdırılmışdır.



Paylaş:

01.JPG
02.JPG
03.JPG
04.JPG
05.JPG
06.JPG
07.JPG