Şağan qəsəbəsində 3 saylı uşaq internat evi

  • Layihə
  • Foto


Şağan qəsəbəsi 3 saylı internat evi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub. Yenidənqurma işləri 2010-cu ilin martında başlayıb və 2011-ci il fevralında başa çatıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci il fevralın 24-də internat evinin yenidənqurmadan sonra açılışında iştirak edib.


Buradakı konfrans zalı müvafiq avadanlıqla təchiz edilib və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Tibb otaqları müasir avadanlıqla və dərman preparatları ilə təmin edilib. Fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqlarında vakuumlu massaj, ayaqlar üçün elektrotrenajor avadanlıqları quraşdırılıb və internat evində yaşayan uşaqlar üçün bir sıra mühüm prosedurlar həyata keçirilir. İnternat evinin idman zalı da lazımi qurğularla təchiz olunub. Uşaqların əylənmələri üçün kompyuter, şahmat, dama, rəsmlə otaqları yaradılıb.


İnternat evinin həyətində də geniş abadlıq, yaşıllaşdırma işləri aparılıb, gözəl fəvvarələr, oturacaqlar qoyulub. İnternatın özəl təsərrüfatı da vardır. Balacaların reabilitasiyası üçün burada inək, qoyun, toyuq və ev quşları saxlanılır. Müəssisədə çörək və şirniyyat məmulatlarının hazırlanması üçün xüsusi bina inşa edilib.


 

Paylaş:

1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
8.jpg
9.jpg
10.jpg
11.jpg
11+.jpg
11++.jpg
12.jpg
13.jpg
14.jpg
15.jpg
16.jpg
17.jpg
18.jpg
19.jpg
20.jpg
21.jpg