2016-cı il yanvarın 14 və 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə valideyn himayəsindən məhrum uşaqların “Şahdağ” Turizm Mərkəzində istirahəti təşkil edilib.
Qafqaz dağlarına tibbi və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilən səfər zamanı Fond bütün uşaqları qış istirahəti üçün nəzərdə tutulmuş geyim və digər lazımi əşyalarla təmin edib.
Uşaqların səmərəli istirahəti və asudə vaxtının təşkili üçün maraqlı səyahət proqramı hazırlanıb.