“Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi” layihəsi

  • Layihə
  • Foto


2005-ci il dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi”nə dair əməkdaşlıq sazişi və layihə sənədi imzalanıb. Layihənin məqsədi fiziki qüsuru olan insanların cəmiyyət həyatında fəal iştirakına, informasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına kömək göstərməkdir. Layihə çərçivəsində Nərimanov rayonundakı kor və zəif görən uşaqlar üçün Respublika internat məktəbində müvafiq mərkəz yaradılıb. 2007-ci il martın 15-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Respublika internat məktəbində görülmüş işlərlə tanış olub.


Burada uşaqlar üçün model İKT sinifləri yaradılıb, proqram təminatı lokallaşdırılıb, internetə çıxışın təmin olunması və tədris-təlim proqramlarının hazırlanması, audio studiya və kitabxananın fəaliyyəti təmin edilib. Elektron kitabxana üçün Almaniya istehsalı olan 2 kompyuter dəsti quraşdırılıb. Bu kompyuterlər xüsusi olaraq kor və görmə qabiliyyəti zəif uşaqlar üçün hazırlanmış ən son model texnologiyadır. Brayl əlifbası ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitabı kompyuterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək mümkündür. Musiqiyə qulaq asmaq, internetə girmək, məktublaşmaq, 100 min səhifəlik materialı yaddaşda saxlamaq, surətini çıxarmaq, o cümlədən mobil telefonlara da mesaj göndərmək olur. 



01.jpg
02.jpg
03.jpg
003.JPG