Buzovna qəsəbəsində 8 nömrəli sanatoriya tipli internat məktəbi

  • Layihə
  • Foto


Xəzər rayonunun Buzovna qəsəbəsindəki 8 nömrəli sanatoriya tipli internat məktəbi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində əsaslı təmir edilib. Məktəb 1962-ci ildən fəaliyyət göstərir. Yararsız vəziyyətdə olan internat məktəbinin təmirinə 2012-ci ilin martında başlanılıb və sentyabr ayında təmir işləri başa çatıb. 2012-ci il sentyabrın 13-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbin açılışında iştirak edib.

 

Məktəbin ümumi sahəsi dörd hektardır. 290 şagird yerlik sanatoriya tipli internat məktəbi iki hissədən – tədris korpusu və yataqxanadan ibarətdir. İkimərtəbəli tədris korpusunda xüsusi avadanlıqla təchiz olunmuş linqafon, fizika, kimya, hərbi vətənpərvərlik, əmək, kompyuter otaqları və müxtəlif fənn kabinetləri fəaliyyət göstərir. Burada həmçinin idman zalı, kitabxana, həkim otağı, 160 nəfərlik akt zalı vardır.

 

Məktəbin həyətində 200 tamaşaçı yeri olan stadion inşa edilib. Stadionda idmanın müxtəlif növləri - basketbol, futbol, voleybol, tennis ilə məşğul olmaq imkanı vardır.

 

Məktəbin ayrıca su anbarı vardır. Binada təhlükəsizlik kameraları quraşdırılıb.

 

Üçmərtəbəli yataqxanada geniş və işıqlı yeməkxana, 10 yataq, 18 istirahət, kompyuter otaqları, həmçinin həkim kabineti vardır. Binada valideynlərin istirahəti və gecələməsi üçün şərait yaradılıb. 



Paylaş:

001.JPG
005.JPG
007.JPG
008.JPG
009.JPG
010.JPG