Tbilisidə M. F. Axundzadə adına 73 saylı Azərbaycan ümumi məktəbi

  • Layihə
  • Foto


Tbilisidəki M. F. Axundzadə adına 73 nömrəli orta məktəb Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində əsaslı təmir edilib.


Tbilisi şəhərinin mərkəzində azərbaycanlıların sıx yaşadığı qədim məhəllədə − Meydan-Ortaçala məhəlləsində yerləşən məktəb 1953-cü ildən fəaliyyət göstərir. Məktəbin binası uzun müddət təmir edilmədiyindən yararsız vəziyyətə düşmüşdür. 2010-cu ilin mayında məktəb binasının əsaslı təmirinə başlanılıb və sentyabr ayında təmir işləri başa çatıb. 2010-cu il sentyabrın 24-də məktəb istifadəyə verilib.


Hündürlüyü 20 metr olan binanın ümumi sahəsi 1719, 3 kv.m-dir. Binadakı 22 otaqdan 12-si sinif otağı, 4-ü kabinet, qalanları isə kitabxana, kitab anbarı, müəllimlər otağı, direktor otağı, idman zalı, bufet, emalatxana, texniki vəsaitlərin və digər əşyaların qoyulması üçün anbardır. Ayrıca zirzəmisi və açıq süni idman meydançası var.


Məktəb binası 250 nəfər şagirdin təhsil alması üçün nəzərdə tutulub.




01.JPG
02.JPG
04.jpg
06.jpg
07.jpg
08.jpg
09.jpg
10.jpg
11.JPG