Sarayevoda görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz

  • Layihə
  • Foto


Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəz 1947-ci ildə yaradılıb. Mərkəzin binaları 1966-cı və 1975-ci illərdə inşa edilib. Müharibə zamanı binalara ciddi zərər dəyib. 1996-cı ildə təmir işləri aparılıb. Mərkəzin bərpasına UNESCO, CBM (Almaniya), İtaliyanın Lombardiya regionu, Jen qeyri-hökumət təşkilatı (Yaponiya) və başqaları yardım göstəriblər.

 

Mərkəz Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yenidən qurulub. 2013-cü il iyunun 8-də mərkəzin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bosniya və Herseqovinanın dövlət rəsmiləri açılış mərasimində iştirak ediblər.

 

İki korpusdan ibarət mərkəz müasir standartlara uyğun yenidən qurulub. Bu, müəssisənin fəaliyyətini kompleks şəkildə həyata keçirməyə imkan yaradır. Əlavə olaraq idman zalı inşa edilib. Üzgüçülük hovuzunda uşaqların və gənclərin reabilitasiyası üçün hər cür şərait yaradılıb.

 

Mərkəz məktəbəqədər, həmçinin ibtidai təhsili təşkil edir və həyata keçirir, kor və zəif görən uşaqların peşələrə yiyələnməsini təmin edir. Eyni zamana sonradan görmə qabiliyyətini itirmiş uşaqlaq burada reabilitasiya mərhələsini keçirlər.

 

Tədrisə tarix, ekologiya, ədəbiyyat, jurnalistika, kukla teatrı, debatlar klubu, xarici dillər, riyaziyyat, musiqi, idman və digər bölmələr daxildir. Gözdən əlillərə informasiya texnologiyalarından istifadə qaydaları da öyrədilir.

 

Gələcəkdə Heydər Əliyev Fondu mərkəzi xüsusi avadanlıqla təmin edəcək və buraya Brayl əlifbası ilə tərtib olunan nəşrlər göndərəcəkdir.

 

Qeyd edək ki, mərkəzə Bosniya və Herseqovinanın bütün regionlarından kor və zəif görən uşaqlar gəlir.   



Paylaş:

01.gif
02.gif
03.gif
04.gif
05.gif
06.gif
07.gif
08.gif
09.gif
010.gif