Badamdar qəsəbəsində 136 nömrəli körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto


Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 136 nömrəli körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib.

 

Bağça 1969-cu ildə istifadəyə verilib və ötən illər ərzində heç vaxt əsaslı təmir olunmayıb. 2013-cü ilin iyununda binada əsaslı yenidənqurma işlərinə başlanılıb. 2013-cü il sentyabrın 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva əsaslı yenidənqurmadan sonra bağçanın açılışında iştirak edib.

 

3 korpusdan ibarət binada 28 otaq, həmçinin musiqi və oyun zalları, tibb kabineti, mətbəx və yardımçı otaqlar vardır. Bağça bütün zəruri avadanlıqla təchiz edilib. Heydər Əliyev Fondu tərəfindən bağçaya mebel dəstləri, soyuducular, televizorlar, uşaq oyuncaqları və digər zəruri əşyalar hədiyyə edilib.

 

Bağçanın həyətində abadlıq işləri görülüb, uşaqların istirahəti üçün köşklər, əyləncə və idman qurğuları quraşdırılıb. Həyətdə uşaqlara yol hərəkəti qaydalarını öyrətmək məqsədi ilə xüsusi meydança yaradılıb. 



001.gif
004.gif
009.gif
010.gif