Bakının Yasamal rayonundakı 60 nömrəli körpələr evi-uşaq bağçası 1961-ci ildə inşa edilib.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq burada yenidənqurma işlərinə 2012-ci ilin martından başlanılıb. Heydər Əliyev Fondu müəssisəni bütün zəruri avadanlıqla təchiz edib.
2013-cü il aprelin 10-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva körpələr evi-uşaq bağçasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub.
Bağçada 2-6 yaş arası 75 uşağın təlim-tərbiyəsi ilə 8 tərbiyəçi, 1 musiqi müəllimi məşğul olur.