Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi

  • Layihə
  • Foto

Bakının Xəzər Rayonunun Mərdəkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulub. 2011-ci il oktyabrın 18-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xüsusi Məktəbin açılışında iştirak edib.

 

Məktəbdə akt zalı, ümummilli lider Heydər Əliyevin şərəfinə yaradılmış muzey, interaktiv atəş zalı, xarici dil, informatika, fizika və ibtidai hərbi hazırlıq kabinetləri fəaliyyət göstərir. Bütün kabinetlər yeni və müasir avadanlıqla təchiz olunub.

 

Xüsusi məktəbin yataqxana korpusunda qız və oğlanlar üçün ayrıca trenajor otaqları, Heydər Əliyev Fondu tərəfindən müxtəlif nəşrlərlə təmin olunmuş kitabxana, yeməkxana, istirahət və yataq otaqları var.

 

Məktəbin həyətində paintbol, atçılıq və futbol meydançaları, qızlar üçün ayrıca idman meydançası inşa olunub. Pintbol meydançasında döyüş qaydaları, hücum, müdafiə kimi hərbi üsullar öyrədilir.

 

X X X

 

2018-ci il martın 5-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışı olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

 

Heydər Əliyev Fondunun və Dövlət Sərhəd Xidmətinin birgə layihəsi olan DSX Xüsusi Məktəbinin yeni korpusunun ümumi sahəsi 11 min kvadratmetrdir. Burada 23 ümumi, 8 ixtisaslaşmış tədris, məntiq, fərdi hazırlıq sinifləri, 400 nəfərlik yataq otaqları, zəngin ədəbiyyat fondu olan kitabxana, su hovuzu, interaktiv atış kabineti və yeməkxana yaradılıb. Tədris ocağı müasir avadanlıqla təchiz olunub. Bütün kompleks üzrə videomüşahidə sistemi tətbiq edilib.

 

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin ərazisində əsaslı tikinti-abadlıq işləri aparılıb, geniş yaşıllıqlar salınıb, 1000-dən çox ağac əkilib. İnşaat işləri zamanı kompleksdə müasir səviyyədə yeni sıra meydanı yaradılıb. Bundan başqa, kursantların atçılıq hazırlığı ilə məşğul olmaları üçün şərait var. Məktəbin ərazisində peyntbol və digər idman meydançaları da kursantların ixtiyarına verilib. 



01.JPG
20.JPG
21.JPG
22.JPG
23.JPG
24.JPG
25.JPG
26.JPG
27.JPG
28.JPG
29.JPG
30.JPG
31.JPG
32.JPG