Samuxda Sərkar kənd uşaq musiqi məktəbi, park və tibb məntəqəsi

  • Layihə
  • Foto


Samuxda yerləşən Sərkar kənd uşaq musiqi məktəbinin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub.

 

Təhsil müəssisəsi 2002-ci ildən 1935-ci ildə inşa olunmuş kolxoza aid birmərtəbəli tikilidə fəaliyyət göstərib. Məktəbin binası ötən müddət ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Üç yüz şagird yerlik yeni məktəbin inşasına 2021-ci ilin iyulunda başlanılıb. Tikinti işləri həmin ilin noyabrında yekunlaşıb.

 

Məktəb binasında 29 dərs otağı, orkestr, xor və tibb otaqları, qarderob, kitabxana, yeməkxana və akt zalı var. Təhsil müəssisəsi zəruri mebel, avadanlıq və əyani vəsaitlə tam təchiz edilib. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemləri quraşdırılıb.

 

Sərkar kəndində istifadəyə verilmiş parkın ərazisində yaşıllıq zonası salınıb, uşaq əyləncə və idman meydançası quraşdırılıb. Açıq havada idmanla məşğul olmaq üçün əlverişli imkan yaradılıb, ərazidə müxtəlif trenajorlar qoyulub.

 

Sərkar kəndində yeni tibb məntəqəsi də inşa edilib. Həkim otağı, sarğı otağı və texniki otaqdan ibarət olan tibb məntəqəsi zəruri tibbi avadanlıqla təmin edilib.


005.JPG
006.JPG
007.JPG
008.JPG
009.JPG
010.JPG
011.JPG