Xəzər rayonunun Türkan qəsəbəsindəki poliklinika Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib. 2013-cü il sentyabrın 25-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva poliklinikanın açılışında iştirak ediblər.
İkimərtəbəli binada 36 kabinet var. Poliklinika ən müasir tibbi avadanlıqla təchiz edilib. Poliklinikanın ərazisində yaşıllıq salınıb, işıqlandırma sistemi quraşdırılıb.