Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi

  • Layihə
  • Foto


Fransada Azərbaycanın təbliği işinin daha da gücləndirilməsi, vahid mərkəzdən idarə olunması və daha səmərəli fəaliyyətin qurulması məqsədilə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. 2012-ci il sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzin açılışında iştirak ediblər.


Parisin mərkəzində - Eyfel qülləsinin yaxınlığında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin binası 1904-cü ildə inşa olunmuş tarixi tikilidir. Üç min kvadratmetr sahəsi olan mərkəzdə müxtəlif görüşlərin, tədbirlərin keçirilməsi üçün hər cür imkan yaradılıb, otaqlar lazımi avadanlıqla təmin olunub.


Müxtəlif ekspozisiya zallarının yaradıldığı mərkəzdə Azərbaycan tarixini əks etdirən eksponatlar –arxeoloji tapıntılar, qədim pullar, silahlar, misgərlik məmulatları təqdim olunur.


Milli xalçaçılığımızın bütün istiqamətlərinin nümunələrinin təqdim edildiyi mərkəzdə yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatları sərgilənir, Azərbaycan xalçaçılıq məktəblərinin tarixi və keçdiyi inkişaf yolları barədə məlumat verilir.


Mərkəzin ekspozisiyasında zinət və müxtəlif bəzək əşyaları, xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələr, Azərbaycan milli geyimləri sərgilənir, gənc rəssamların işləri nümayiş etdirilir.  


Mərkəzdə muğam zalı yaradılıb, qədim musiqi alətlərimizin sərgisi təşkil olunub.


Mərkəzin kitabxanasında fransız dilinə tərcümə edilən Azərbaycan ədəbiyyatı külliyyatı, mədəniyyətimizin müxtəlif istiqamətlərinə aid nəşrlər təqdim olunur.

 


Paylaş:

001.JPG
002.JPG
014.JPG
015.JPG
016.JPG
017.JPG
018.JPG
021.JPG