Mərdəkan Mədəniyyət Sarayı

  • Layihə
  • Foto


Mərdəkan Mədəniyyət Sarayı 1961-ci ildə istifadəyə verilib. Uzun müddət fəaliyyət göstərən saray yararsız və qəzalı vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. 2007-ci il iyunun 14-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yenidən qurulmuş Mərdəkan Mədəniyyət Sarayının açılışında iştirak edib.


Ümumi sahəsi 4641 m² olan sarayda 374 nəfərlik böyük salon və 150 nəfərlik kiçik salon, mühazirə və rəqs salonları vardır. Böyük salonunun səhnəsində müasir videomonitor quraşdırılmış, işıq və səs sistemləri yeniləşdirilmişdir. Bina mərkəzləşdirilmiş kondisioner, siqnalizasiya və yanğından mühafizə sistemləri ilə təchiz edilmişdir.


Mərkəzdə 10-dan artıq dərnək fəaliyyət göstərir.


Mədəniyyət sarayının təxminən 10 min nüsxə kitabdan ibarət olan kitabxana fondu 6-7 min oxucuya xidmət göstərə bilər. Yeni təşkil olunmuş elektron kitabxananın xidmətindən isə gün ərzində 40-50 nəfər istifadə edə bilər.

 

 

01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg
07.jpg
08.jpg
09.jpg
010.jpg
011.jpg