Qala Əntiq Əşyalar Muzeyi

  • Layihə
  • Foto


Qala Əntiq Əşyalar Muzeyi Heydər Əliyev Fondu tərəfindən Qala Dövlət Tarix Etnoqrafiya qoruğunun ərazisində yaradılıb. Muzeyin tikintisinə 2010-cu ilin iyununda başlanıb və 2011-ci ildə tikinti başa çatıb. 2011-ci il sentyabrın 7-də Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Muzeyin açılışında iştirak ediblər.


Qala Əntiq Əşyalar Muzeyində 800 eksponat nümayiş etdirilir. Üçmərtəbəli binanın birinci və ikinci mərtəbələrində əsasən Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri, üçüncü mərtəbədə isə respublikamızın müxtəlif bölgələrindən toplanmış, ABŞ, Almaniya, Avstriya, Rusiya, Fransa, İngiltərə, Belçika, İran, Özbəkistan, Polşa, Türkiyə və digər ölkələrdə istehsal edilmiş, qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş əşyalar sərgilənir. 


Binanın birinci mərtəbəsində konfrans zalı, inzibati otaqlar, suvenirlər bölməsi və təmir-bərpa emalatxanası fəaliyyət göstərir. Aşkar olunan qədim əşyalar məhz bu emalatxanada bərpa edilir.


Muzey Kompleksinin ərazisində yaradılmış Qala İnformasiya Mərkəzi vasitəsilə qoruq ərazisindəki muzeylər barədə ətraflı məlumat əldə etmək olar.  



Paylaş:

01.jpg
02.JPG
03.JPG
04.JPG
05.JPG
06.JPG
07.JPG
08.JPG
09.JPG
010.JPG
011.JPG
012.JPG
013.JPG