2016–2017-ci illərdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin yerləşdiyi binada Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı bərpa və konservasiya işləri aparılıb.
2018-ci il martın 30-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Mərkəzin açılış mərasimində iştirak ediblər.
Yaradıcılıq Mərkəzində Maqsud İbrahimbəyovun muzeyi, yazıçının kitabxanası və ədəbiyyat otağı yerləşir. Ədəbiyyat otağında yazıçının müxtəlif illərdə həm rus, həm Azərbaycan dillərində nəşr olunan, həm də 36 xarici dilə tərcümə edilən kitabları təqdim olunur. Burada, həmçinin yazıçının əsərlərinin dərc olunduğu bütün dərgilər toplanıb.