Dəmirçi Arxeologiya Muzeyi

  • Layihə
  • Foto

Şamaxı rayonunda yerləşən Dəmirçi Arxeologiya Muzeyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. 

   

Muzey binasının inşasına 2018-ciilin fevralında başlanılıb vətikinti işləri avqustda başa çatdırılıb. 2018-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muzeyin açılışında iştirak ediblər.

 

Birmərtəbəli bina açıq və qapalı ekspozisiya zallarından, iki yardımçı otaqdan ibarətdir.

 

Muzeyin sərgi zalında ümumilikdə 7 bölmə yaradılıb. Burada Şamaxı rayonu ərazisində, həmçinin Dəmirçi kəndində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri, nadir daş alətlər, əkinçilik mədəniyyətinə aid əmək alətləri, soyuq silahlar, mis, bürünc, gümüş sikkələr, aqlay materiallardan su boruları, qədim gil məmulatı və digər qiymətli tapıntılar, məişət əşyaları nümayiş olunur. 


014.JPG
015.JPG
016.JPG
017.JPG
018.JPG