Ağdam Muğam Mərkəzi

  • Layihə
  • Foto

Ağdam Muğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. 2018-ci il noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Muğam Mərkəzinin açılışında iştirak ediblər.

 

Ağdam Muğam Mərkəzinin inşasına 2016-cı ilin oktyabrında başlanılıb. İnşaat işləri 2018-ci ilin sentyabrında başa çatdırılıb.

 

Muğam Mərkəzinin ərazisi 7782 kvadratmetr, tikintialtı sahəsi isə 1800 kvadratmetrdir. İkimərtəbəli binada 328 yerlik konsert zalı,qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar yaradılıb. Mərkəzdə musiqi alətlərinin təmiri emalatxanası da var. Mərkəzdəki sinif otaqlarında muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur.

 

Ağdam Muğam Mərkəzinin yerləşdiyi ərazi abadlaşdırılıb, 0,6 hektar sahədə istirahət parkı yaradılıb, yaşıllıq zolağı salınıb, gül kolları əkilib, işıqlandırma sistemi quraşdırılıb.


Paylaş:

013.JPG
014.JPG
015.JPG
016.JPG
017.JPG