Bakının Suraxanı rayonunda yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evi Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub.
Dördmərtəbəli binada rəqs ansamblı, vokal-instrumental qrup fəaliyyət göstərir. Burada 612 tamaşaçı yeri olan konsert-tamaşa zalı və universal səhnə, rəqs ansamblının və orkestrin məşq zalları, solistlər üçün məşq və qrim otaqları, multimedia mərkəzi, səsyazma studiyası, sərgi salonu, dərnək otaqları, texniki və köməkçi təyinatlı otaqlar yaradılıb.
Mədəniyyət Evinin həyətyanı ərazisində abadlıq işləri həyata keçirilib, açıq havada istirahət guşələri salınıb.