Şuşada Molla Pənah Vaqifin büstü

  • Layihə
  • Foto

              

Dahi Azərbaycan şairi Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən büstü Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulub.

 

Molla Pənah Vaqifin 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi yerləşdirilib, daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. Büst 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq dağıdılıb.

 

Abidə 2021-ci ildə onun müəllifi, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub.

 

Bürüncdən hazırlanan büst əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb.


Paylaş:

005.JPG