Şuşada Üzeyir Hacıbəylinin heykəli

  • Layihə
  • Foto

 

Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin Şuşa şəhərində yerləşən heykəli Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanıb.

 

1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltaraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb.

 

Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.

 

Bürüncdən hazırlanan heykəl Şuşa şəhərində əvvəlki yerində ucaldılıb. Abidə heykəltaraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanıb.


Paylaş:

008.JPG