Qaxda Qaxingiloy kənd Mədəniyyət evi

  • Layihə
  • Foto


Qax rayonunun Qaxingiloy kəndində yerləşən mədəniyyət evinin yeni binası Heydər Əliyev Fondunun dəstəyilə inşa olunub.

 

Qaxingiloy kənd Mədəniyyət evi 1965-ci ildən fəaliyyət göstərir. Mədəniyyət evinin binası uzun illər istismarda olduğundan son dövrlər yararsız vəziyyətə düşmüşdü. 2020-ci ilin martında bina tamamilə sökülərək yerində yeni bina inşa olunub.

 

Mədəniyyət evində geniş tamaşaçı zalı, səhnə, incəsənət növləri üzrə məşğələlərin təşkili üçün rəssam və heykəltaraşlıq, həmçinin ansambl, musiqi və ədəbiyyat dərnəkləri üçün otaqlar var. Binanın ikinci mərtəbəsində qonaq və qrim otaqları yerləşir.

 

Mədəniyyət evi zəruri mebel və avadanlıqla təchiz edilib, həyətində abadlıq işləri aparılıb.


1.jpg
5.jpg
6.jpg
7.jpg
8.jpg
9.jpg
10.JPG
12.jpg
13.JPG